ABŞ Prezidenti Donald Tramp "Nvidia"nın sabiq baş icraçı direktoru Censen Huanqın şirkətin rəhbərliyinə qayıtmasına qarşı olmadığını bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə "Interfax" məlumat yayıb.
Tramp bazar ertəsi jurnalistlərlə Vaşinqtonda söhbəti zamanı Censen Huanqın dərs aldığını və onun yenidən "Nvidia"nın baş icraçı direktoru olmasına etiraz etməyəcəyini deyib.
Tramp həmçinin Huanqın münasibətdə olduğu sahibkar Elis Huanqın Çin kəşfiyyatı üçün işləmiş ola biləcəyinə toxunub. "Elis Huanq casus olmaya bilər. Heç kim onun casus olduğunu sübut etməyib", - deyə o qeyd edib.
Bundan əvvəlki cümə axşamı Censen Huanq Elis Huanqla münasibətləri ətrafında yaranan skandal fonunda "Nvidia"nın baş icraçı direktoru və prezidenti vəzifələrindən, həmçinin idarə heyətindən ayrılıb. Mediaya görə, Elis Huanqın məqsədi Çinə qabaqcıl çiplərin tədarükünə qoyulmuş qadağanı yan keçmək olub.
Məlumata görə, Huanqın "Nvidia"ya vəzifəsinə qaytarılmasını tələb edən petisiya da yayılıb.