6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Qvardiolanın "Mançester Siti"dəki iş otağındakı əşyalar hərraca çıxarılıb

22-iyul-2026, 18:16
Qvardiolanın "Mançester Siti"dəki iş otağındakı əşyalar hərraca çıxarılıb
Yazı Ölçüsü:
"Mançester Siti"nin sabiq baş məşqçisi Pep Qvardiolanın klubdakı iş otağında istifadə etdiyi əşyalar onlayn hərraca çıxarılıb.
"PostMedia" xəbər verir ki, klubun yaydığı məlumata görə, satışa məşqçi gödəkçəsi, iş kreslosu, lampa, qəhvə dəsti, müxtəlif suvenirlər və dekorativ bitkilər kolleksiyası da daxil edilib.
Qvardiola ötən mövsümün sonunda "Mançester Siti"dən ayrılıb. O, 10 il ərzində komandaya rəhbərlik edib və bu müddətdə klubu altı dəfə İngiltərə Premyer Liqasının çempionu edib, həmçinin UEFA Çempionlar Liqası və Klublararası Dünya Çempionatının qalibi olub.
Klub Qvardiolanın iş otağının 360 dərəcə görüntüsünü yayımlayıb. Hərrac MatchWornShirt platformasında keçirilir və satışa çıxarılan əşyalar həmin görüntüdə ayrıca qeyd olunub.
Kolleksiyada Erlinq Holandın Premyer Liqadakı 100-cü qoluna həsr olunmuş, futbolçunun imzası olan xüsusi top da yer alır. Bu lot üzrə təklif artıq təxminən 3000 avroya çatıb. Hərrac bazar günü başa çatacaq.
Azarkeşlər həmçinin Qvardiolanın fiti və qazandığı titullar fonunda çəkilmiş çərçivəyə salınmış fotolarını da əldə etmək uğrunda mübarizə apara bilərlər.
Qvardiolanın şəxsi suvenir kolleksiyasına daxil olan iki keramika tısbağa və naxışlı ulduz üçün isə artıq 111 avro təklif edilib.
"Mançester Siti" komandanın yeni baş məşqçisi vəzifəsinə Enzo Mareskanı təyin edib. Klub Premyer Liqanın yeni mövsümünə avqustun 23-də doğma meydanda "Bornmut"a qarşı oyunla başlayacaq.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031