6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SAĞLAMLIQ

Türkiyənin Tokat vilayətini naməlum infeksiya yayılıb

13-oktyabr-2026, 09:02
Türkiyənin Tokat vilayətini naməlum infeksiya yayılıb
Yazı Ölçüsü:
Türkiyənin Tokat vilayətində təxminən 5 min sakin ürəkbulanma və ishal kimi oxşar şikayətlərlə həkimlərə müraciət edib, 70-ə yaxın insan xəstəxanaya yerləşdirilib.
"PostMedia" xəbər verir ki, bu barədə bazar ertəsi vilayət valisi Abdullah Köklü məlumat verib.
Vilayət hakimiyyəti bildirib ki, cümə günündən etibarən inzibati mərkəzdə sakinlər kütləvi şəkildə ürəkbulanma, qusma, mədə ağrıları və ishaldan şikayət edirlər.
“Cümə günündən etibarən vilayətdə hansısa infeksiya qeydə alınıb. Bu gün Tokat xəstəxanasında müalicə alan xəstələrə baş çəkmişəm. Hazırda həkimlərə təxminən 5 min müraciət daxil olub. Onlardan 70-ə yaxını xəstəxanaya yerləşdirilib, 40 nəfər artıq evə buraxılıb, daha 30 nəfər isə xəstəxanada qalır. Həyat üçün təhlükə yoxdur”, – deyə vali jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hakimiyyət orqanları içməli su nümunələrini Ankaradakı Səhiyyə Nazirliyinə göndərib.
“Biz infeksiya mənbəyinin su olmadığından əmin olmaq istəyirik. Sabah və ya çərşənbə günü səhər bu məsələ ilə bağlı məlumat alacağıq. Həmin vaxta qədər sakinlərə qida və içkilərlə bağlı daha diqqətli olmağı tövsiyə edirik”, – deyə Köklü qeyd edib.
Valinin sözlərinə görə, bazar günü vilayətin bütün məktəblərində və dövlət müəssisələrində sanitariya tədbirləri həyata keçirilib. Köklü vurğulayıb ki, “hələlik narahatlığa əsas yoxdur”.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031