6°C Bakı
1$ = 1.70₼
ELM-TƏHSİL

"Rocket Lab" Yaponiyanın “StriX” mini-peykini orbitə çıxarıb

"Rocket Lab" Yaponiyanın “StriX” mini-peykini orbitə çıxarıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Amerikalı "Electron" raketi cümə günü Yaponiyanın “StriX” adlı mini-peykini Yer orbitinə çıxarıb.

"PostMedia" “Rocket Lab”a istinadən xəbər verir bildirib ki, missiya "Night Owls Never Sleep" adlanıb.

Məlumata görə, iki mərhələli “Electron” raketi və onun sürətləndirici bloku “Kick Stage Curie” Yeni Zelandiyanın Mahiya yarımadasındakı “LC-1A” start kompleksindən yerli vaxtla 13:15-də (Bakı vaxtı ilə 04:15) buraxılıb və təxminən bir saat sonra “StriX” peyki 569 km hündürlükdə orbitə çıxarılıb.

Təxminən bir saat sonra “StriX” peyki nəzərdə tutulmuş orbitə, yəni 569 km hündürlüyə çıxarılıb. Peykin kütləsi 100 kq təşkil edir və o, sintezlənmiş aperturaya malik radarla (SAR) təchiz edilib.

“StriX” radar müşahidələri zamanı 30 km genişliyində baxış zolağı ilə 3 metrə qədər, 10 km zolaqda isə 1 metrədək çözünürlük təmin edə bilər. Bu texnologiya gündüz və gecə, eləcə də hər cür hava şəraitində səth görüntülərinin alınmasına imkan verir.

Bu peyk “Synspective” şirkətinin orbit qruplaşmasında 14-cü aparatdır.

Belə ki, şirkət 2031-ci ilə qədər 40-dan çox peykdən ibarət qruplaşma yaradmağı planlaşdırır. Tam gücə çatdıqdan sonra qruplaşma hər hansı yer nöqtəsindən məlumatı istənilən vaxt, sorğudan sonra iki saat ərzində əldə etməyə qadir olacaq.

Müəllif
Jalə
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30