6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Üç ay ərzində 40 milyard dollar itirdi: Dünyanın ən varlı insanlarından birinin başına nə gəlib?

Üç ay ərzində 40 milyard dollar itirdi: Dünyanın ən varlı insanlarından birinin başına nə gəlib?
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
"Oracle" korporasiyasının həmtəsisçisi Larri Ellison planetin ən varlı 10 insanı siyahısından çıxıb.
"PostMedia" "Forbes"ə istinadən xəbər verir ki, noyabrın 20-də cəmi bir gün ərzində onun sərvəti 7,9 milyard dollar azalaraq 140,8 milyard dollar təşkil edib.
Amerikalı sahibkar cəmi üç ay ərzində təxminən 40 milyard dollar itirib. Hazırda o, milyarderlər reytinqində 12-ci yerdə qərarlaşıb. Ellisonu "Walmart" şirkətinin varisləri Rob və Cim Uolton, eləcə də "Inditex" şirkətinin həmtəsisçisi Amansio Orteqa qabaqlayıb.
Ellisonun sərvətinin azalmasına səbəb "Oracle" şirkətinin səhmlərinin dəyərdən düşməsidir. Cümə günü şirkətin səhmləri 7,5 faiz ucuzlaşaraq hər səhm üçün təxminən 102 dollar təşkil edib. Bu qədər aşağı qiymət göstəricisi sonuncu dəfə 2024-cü ilin yanvarında qeydə alınıb. 2026-cı ilin əvvəlindən etibarən şirkətin səhmləri dəyərinin 47 faizini itirib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin sentyabrında "Oracle" şirkətinin bir səhmi 319 dollara qədər yüksəlmişdi.
İnvestorları korporasiyanın süni intellekt infrastrukturlarının inkişafına və çiplərin satın alınmasına çəkdiyi böyük xərclər narahat edir. 2026-cı maliyyə ili ərzində Oracle şirkətinin kapital xərcləri təxminən 55,7 milyard dollara çatıb, şirkətin ümumi borcu isə təxminən 125 milyard dollar qiymətləndirilir.
Səhmlərin ucuzlaşması digər texnologiya şirkətlərinə də təsir edib. "Micron" şirkətinin səhmləri 12,6 faiz, AMD – 11,2 faiz, "Broadcom" – 10,9 faiz, "Nvidia" isə 7 faiz ucuzlaşıb.
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30