Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib.
"PostMedia" xəbər verir ki, abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti Vyetnama rəsmi səfərdədir. Dövlət başçısının sosial media hesablarında səfərlə bağlı videoçarx da paylaşılıb.
