Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin üzvü Rəşid Məmmədəliyev bürünc medal qazanıb.
"PostMedia" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karninə qalib gələrək dünya çempionatının bürünc medalına sahib olub.
Bu gün tatamiyə çıxan digər azərbaycanlı cüdoçulardan Hidayət Heydərov 1/8 finalda, Xədicə Qədəşova isə 1/32 finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-dək davam edəcək. Yarışın ilk günündə Əhməd Yusifov 60 kq çəki dərəcəsində dünya çempionu olub.