6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İsrail müxalifətinin lideri İranı təhlükəli hesab etmir

İsrail müxalifətinin lideri İranı təhlükəli hesab etmir
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
İsrail müxalifətinin və “Yaşar” partiyasının lideri Qadi Ayzenkot hesab edir ki, hazırda İran İsrail üçün dərhal hərbi müdaxilə tələb edən təhlükə yaratmır.
"PostMedia" "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, Ayzenkot yeni hökumət formalaşdırılana qədər İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasını zəruri edən qaçılmaz təhlükə görmür.
Onun sözlərinə görə, İsrail bunun əvəzinə İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı vəziyyətə diqqət yetirməlidir. Ayzenkot vurğulayıb ki, həmin uran ehtiyatları “hələ də məhv edilməyib və ya ölkədən çıxarılmayıb”.
Yeni hökumətin formalaşdırılması məsələsinə toxunan siyasətçi “siyasi sövdələşmələrə deyil, həqiqi birliyə” nail olmaq üçün çalışmaq lazım olduğunu bildirib.
Xatırladaq ki, noyabrın əvvəlində İsrail Prezidenti İshaq Hersoq Qadi Ayzenkota ölkənin yeni hökumətini formalaşdırmağı tapşırıb.
Prezident bu qərarı Knessetin yeni çağırışının bütün üzvlərini təmsil edən nümayəndə heyətləri ilə məsləhətləşmələrdən sonra qəbul edib.
Məsləhətləşmələrin nəticələrinə əsasən, 67 deputat Ayzenkotun, 46 deputat isə Benyamin Netanyahunun namizədliyini dəstəkləyib. Qalan deputatlar bitərəf qalıblar.
Müəllif
Kamal
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30