Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin fəaliyyətə başlaması münasibətilə ünvanladığı mesajda ona söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirib.
"PostMedia" xəbər verir ki, dövlətimizin başçısı Donald Trampa ünvanladığı məktubda ona səmimi minnətdarlığını ifadə edib.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin fəaliyyətə başlaması münasibətilə ünvanladığınız mesajda mənə söylədiyiniz xoş sözlərə görə Sizə səmimi minnətdarlığımı bildirmək istərdim”, – deyə İlham Əliyev qeyd edib.