6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

QƏZA

Ağstafada sursat partlayışı baş verib, 1 nəfər ölüb,1 nəfər yaralanıb

Ağstafada sursat partlayışı baş verib, 1 nəfər ölüb,1 nəfər yaralanıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Ağstafa rayonunun Çeyrançöl ərazisində 2026-cı il 15 noyabr tarixində sursat partlayışı hadisəsi baş verib.

”PostMedia” xəbər verir ki, bu barədəAzərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Qazax rayonu Dəmirçilər kənd sakini 1986-cı il təvəllüdlü İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonu Daşsalahlı kənd sakini 1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində İbrahimov Rəsul aldığı xəsarətlərdən həlak olub, Əmrahov Sahub isə xəsarət alıb.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, şübhəli əşyalara toxunmamağa, partlayıcı sursatlara müdaxilə etməməyə çağırır!

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30