6°C Bakı
1$ = 1.70₼
AQRO

1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətiləjurnalistlər üçün maarifləndirici təlim keçirilib

30-oktyabr-2026, 12:41
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətiləjurnalistlər üçün maarifləndirici təlim keçirilib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar XidmətlərAgentliyi ilə “Azərsun Holdinq” arasında əməkdaşlıqçərçivəsində 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günümünasibətilə İmişli Şəkər Zavodunda jurnalistlər üçünmaarifləndirici təlim keçirilib.

Təlimin əsas məqsədi “Azərbaycan Respublikasında kəndtəsərrüfatı, balıqçılıq və akvakultura məhsullarınınistehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətlərinimedia nümayəndələrinə daha ətraflı çatdırmaq, aqrarsahə üzrə bilik və məlumatlılığı artırmaq, eləcə dəproqramın məqsəd və vəzifələrinin ictimaiyyətə düzgün vədolğun şəkildə təqdim olunmasına töhfə vermək olub.

Təlim proqramına uyğun olaraq, ilk olaraq, “AzərsunHoldinq”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri RzaMəmmədov çıxış edərək holdinqin fəaliyyəti, əsas fəaliyyətistiqamətləri, aqrar sahə və qida sənayesi ilə əlaqəlifəaliyyəti barədə iştirakçılara məlumat verib. O, həmçininkənd təsərrüfatı məhsullarının istehsalı və emalınınəhəmiyyətinə, aqrar sektorun inkişafında bu istiqamətlərinroluna toxunub.

Təlim çərçivəsində Aqrar Xidmətlər Agentliyinin AqrarTəlim Mərkəzinin direktoru Rəşad Mehdizadə tərəfindən“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıqvə akvakultura məhsullarının istehsalı və emalı sahələrinininkişafına dair 2026–2030-cu illər üçün DövlətProqramı”nın əsas müddəaları və prioritet istiqamətləribarədə ətraflı məlumat verilib. Təqdimatda aqrarinformasiya-məsləhət sisteminin formalaşdırılması, inteqrirbitki mühafizəsi tədbirlərinin genişləndirilməsi, zərərliorqanizmlərin aşkarlanması, kənd təsərrüfatı texnikasınatexniki nəzarətin təkmilləşdirilməsi və heyvandarlıqda cinstərkibinin yaxşılaşdırılması məsələlərinə toxunulub.

Proqramın digər mühüm hissəsi aqrar sahəyə dair terminvə anlayışların izahına həsr edilib. Aqrar XidmətlərAgentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Murtuzəli Hacıyev “Media nümayəndələrininaqrar sahə ilə bağlı biliklərinin artırılması: aqrar terminlərvə anlayışlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda aqrar sahədə istifadə olunan terminlərindüzgün anlaşılması və işlədilməsi, məlumatların dəqiqtəqdim olunması, eləcə də kənd təsərrüfatı ilə bağlıxəbərlərin hazırlanmasında peşəkar yanaşmanınəhəmiyyəti vurğulanıb. Sonda mövzuların daha yaxşımənimsənilməsi və iştirakçıların əldə etdikləri biliklərinqiymətləndirilməsi məqsədilə təlim çərçivəsində aqrarbiliklər üzrə quiz təşkil olunub.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031