6°C Bakı
1$ = 1.70₼
Dünya

Tramp İranla yayda əldə olunan atəşkəsi vaxt itkisi adlandırıb

27-oktyabr-2026, 11:01
Tramp İranla yayda əldə olunan atəşkəsi vaxt itkisi adlandırıb
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı yayda əldə olunmuş müvəqqəti atəşkəsi vaxt itkisi hesab etdiyini bildirib.

"PostMedia" xəbər verir ki, Tramp bu barədə Konqresə aralıq seçkiləri ərəfəsində Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

Münaqişənin başlanmasına toxunan ABŞ lideri Vaşinqtonun başqa seçiminin olmadığını iddia edib.

“Bunu çoxdan etmək lazım idi və hazırda baş verənlər çox tezliklə başa çatacaq”, – deyə Tramp bildirib.

Amerika Prezidenti daha sonra İranla qısamüddətli atəşkəs barədə danışaraq bu razılaşmanı əvvəldən bəyənmədiyini vurğulayıb.

“Biz qısamüddətli atəşkəsə getdik. Bu, mənim xüsusilə xoşuma gəlmirdi. Mən bunu vaxt itkisi hesab edirdim”, – deyə o qeyd edib.

Trampın sözlərinə görə, atəşkəs dövründə bir neçə gəminin Hörmüz boğazından keçməsinə icazə verilib.

“Biz bir neçə gəminin Hörmüz boğazından keçməsinə icazə verdik. Biz yaxşı davranmaq istəyirik, lakin mənim bildiyimə görə, bu, vaxt itkisi idi”, – deyə ABŞ Prezidenti əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031