6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MEDİA

MEDİA könüllülərinin II şəbəkələşmə görüşü keçirilib

30-oktyabr-2025
MEDİA könüllülərinin II şəbəkələşmə görüşü keçirilib
Yazı Ölçüsü:

29 oktyabr 2025-ci il tarixində MEDİA könüllülərinin II şəbəkələşmə görüşü keçirilib.

"PostMedia"nın məlumatına görə, açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Agentliyin fəaliyyətində gənclərin iştirakı və könüllülük fəaliyyətinin təşviqi mühüm yer tutur.

“MEDİA könüllüləri” proqramının informasiya savadlılığının, peşəkar bacarıqların və sosial məsuliyyət hissinin inkişafında mühüm platformaya çevrildiyini diqqətə çatdıran Əhməd İsmayılov sözügedən təşəbbüsün gənclərin media sahəsində bilik və təcrübə qazanması ilə yanaşı, ölkənin media mühitinin inkişafına və yeni nəsil jurnalistlərin formalaşmasına mühüm töhfə verdiyini bildirib.

Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova proqramın ötən illər ərzindəki fəaliyyəti barədə təqdimatla çıxış edərək “MEDİA könüllüləri” proqramının inkişaf yolundan, əldə olunan nəticələrdən, həmçinin proqram məzunlarının media sahəsindəki uğurlarından bəhs edib.

Görüş zamanı “MEDİA könüllüləri”nin himni təqdim olunub, eləcə də könüllülərin iştirakı ilə “MEDİA könüllüsünün bir günü” adlı səhnəcik nümayiş etdirilib. Tədbir “MEDİA könüllüləri peşəkar mediada” adlı videoçarxın təqdimatı ilə davam edib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031