6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Serbiya 2027-ci ilin sonuna qədər Şengen zonasına qoşulmağı planlaşdırır

11-avqust-2026, 23:14
Serbiya 2027-ci ilin sonuna qədər Şengen zonasına qoşulmağı planlaşdırır
Yazı Ölçüsü:

Serbiya 2027-ci ilin sonuna qədər Şengen zonasına qoşulmaq üçün zəruri şərtləri yerinə yetirməyə ümid edir.

"PostMedia" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə Serbiyanın Avropaya inteqrasiya məsələləri üzrə naziri Nemanya Staroviç "Radio Belqrad"ın efirində bildirib.

Onun sözlərinə görə, Belqradın artıq fəaliyyət planı var və hakimiyyət 2027-ci ilin sonuna qədər bu planı tam şəkildə həyata keçirməyi, bununla da ölkəni Şengen zonasına qoşulmağa hazır vəziyyətə gətirməyi nəzərdə tutur.

Staroviç Serbiyanın Avropa İttifaqına üzvlük prosesinin uzanması fonunda bu məsələni ölkə üçün vacib adlandırıb. Serbiya hakimiyyətinin qiymətləndirməsinə görə, Aİ-nin tam genişlənməsi və yeni üzvlərin qəbulunun bu onilliyin sonuna qədər baş verməsi çətin görünür. Buna səbəb kimi ittifaqın daxilindəki problemlər göstərilir.

Bu şəraitdə Belqrad Avropa məkanının dörd əsas azadlığının – insanların, malların, kapitalın və xidmətlərin sərbəst hərəkətinin – təmin olunmasına nail olmağı planlaşdırır. Şengen zonasına çıxış vətəndaşların sərbəst hərəkətini, vahid Avropa bazarına inteqrasiya isə malların, kapitalın və xidmətlərin sərbəst hərəkətini təmin edəcək.

Eyni zamanda, Serbiyanın Şengen zonasına qoşulması ölkənin viza siyasətində dəyişikliklər tələb edə bilər. Belqradın Rusiya vətəndaşları üçün vizasız rejimi ləğv etməli olacağı ehtimal edilir, çünki Şengen zonasına daxil olan ölkələr vahid viza siyasəti həyata keçirirlər. Monteneqro da daha əvvəl analoji addım atmışdı.

Serbiya 2009-cu ildə Aİ-yə üzvlük üçün müraciət edib və üzvlüklə bağlı danışıqlar davam edir. Ötən il Serbiya hakimiyyəti ölkənin viza siyasətini 2026-cı ilin sonuna qədər Avropa qaydalarına uyğunlaşdırmaq niyyətində olduğunu açıqlamışdı.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31