ABŞ Prezidenti Donald Tramp noyabr ayında Şimali Koreya lideri Kim Çen Inlə görüşə biləcəyini bildirib.
“PostMedia” xəbər verir ki, bunu jurnalostlərə Tramp noyabrda Asiyada Kim Çen Inlə görüşmək ehtimalı ilə bağlı suala cavabında deyib.
“Niyə də yox? Bu, maraqlı olardı, elə deyilmi? Amma mənim onunla münasibətlərim yaxşıdır“.
Avqustun sonunda “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadən yazıb ki, ABŞ Prezidenti payızda Asiyaya səfəri zamanı Şimali Koreya lideri ilə görüşmək imkanını nəzərdən keçirir.
Trampın Çinin Şençjen şəhərində noyabrın 18-19-da keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etmək üçün Çinə səfər etməsi gözlənilir. Bundan əvvəl o, Manilada keçiriləcək ASEAN sammitinə qatılmalıdır.
Tramp və Kim Çen In ABŞ prezidentinin ilk səlahiyyət müddətində üç dəfə görüşüblər. Görüşlərə 2018-ci ildə Sinqapurda keçirilən sammit və 2019-cu ildə Hanoyda baş tutan ikinci sammit də daxildir. Lakin danışıqlar Şimali Koreyanın nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunması ilə nəticələnməyib.