6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

“Kommersant”: Putin, Əliyev və Paşinyan əvvəlcədən elan edilməyən görüş keçiriblər

09-oktyabr-2026, 18:38
“Kommersant”: Putin, Əliyev və Paşinyan əvvəlcədən elan edilməyən görüş keçiriblər
Yazı Ölçüsü:

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda Xəzər sammitindən sonra qapalı görüş keçiriblər.

"PostMedia" xəbə verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.

“Görüş əvvəlcədən elan edilməmişdi və təxminən 15 dəqiqə davam edib. Görüşün keçirilməsi ilə bağlı razılaşmanı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov əldə edib. MDB ölkələri liderlərinin geniş tərkibdə keçirilən iclasının qapalı hissəsində o, bu məsələ ilə bağlı Nikol Paşinyan və İlham Əliyevlə ayrıca söhbət edib.

Ermənistanın baş naziri Xəzər sammitində iştirak etməyib, lakin Vladimir Putin və İlham Əliyevlə görüşmək üçün sammitin başa çatmasını gözləyib.

Vladimir Putinin Türkmənistana səfərindən əvvəl Yuri Uşakov Rusiya Prezidenti ilə Nikol Paşinyan arasında görüşün nəzərdə tutulmadığını bildirmişdi. Bununla belə, Rusiya Prezidentinin köməkçisi tədbir çərçivəsində onların təmaslarının mümkünlüyünü istisna etməmişdi”, – nəşr yazır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031