6°C Bakı
1$ = 1.70₼
ENERGETİKA

Enerji qiymətlərinin sıçraması mərkəzi bankları yenidən faiz artımına məcbur edir

Enerji qiymətlərinin sıçraması mərkəzi bankları yenidən faiz artımına məcbur edir
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Enerji xərclərindəki kəskin artım və qlobal səviyyədə sürətlənən inflyasiya mərkəzi banklarının əvvəl planlaşdırdıqları endirimdən imtina edib sərtləşmə gözləntilərini artırıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2026-cı ilin əvvəlində iqtisadi dairələr arasında hökm sürən "faiz endirimləri davam edəcək" proqnozu enerji qiymətlərindəki sürətli yüksəliş və bununla bağlı inflyasiyanın yenidən güclənməsi səbəbindən dəyişib.

Məqalədə vurğulanır ki, enerji qiymətlərinin artması iqtisadi fəallıq və istehlak xərcləri üzərində təzyiq yaradaraq mərkəzi bankları pul-kredit siyasətini sərtləşdirməyə — yəni faiz dərəcələrini artırmağa vadar edə bilər.

Analitiklər və bazar iştirakçıları üçün əsas narahatlıq odur ki, enerji mənbələrində yaranan şoklar inflyasiya gözləntilərini möhkəmləndirərsə, mərkəzi banklar artan qiymət təzyiqlərinə cavab olaraq daha sərt monetar siyasət həyata keçirə bilər.

Xəbərdə həmçinin qeyd olunur ki, belə bir dövrdə iqtisadi artım və maliyyə bazarlarının reaksiyaları diqqətlə izləniləcək, çünki faiz artımları kredit xərclərini və investisiya aktivliyini təsir edə bilər.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30