Rusiyada kriminal aləmdə Valter adı ilə tanınan 80 yaşlı Valiko Cəcəya saxlanılıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr RBC-yə məlumat veriblər.
Mənbələrdən biri bildirib: “Valiko Cəcəya Rusiya ərazisində Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb”.
Digər mənbənin sözlərinə görə, Cəcəya barəsində Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə cinayət işi açılıb. Həmin maddə cinayət iyerarxiyasında ali mövqe tutma ilə bağlıdır.
Mənbə dəqiqləşdirib ki, Cəcəya Şeremetyevo hava limanında saxlanılıb.