6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Rusiya Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi üzrə Türkiyə ilə birgə addımlara hazır olduğunu açıqlayıb

Rusiya Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi üzrə Türkiyə ilə birgə addımlara hazır olduğunu açıqlayıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Rusiya Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Türkiyə ilə birlikdə zəruri addımlar hazırlamağa hazır olduğunu bildirib.

"PostMedia" xəbər verir ki, Rusiyanın Ankaradakı səfiri Sergey Vershinin bu fikirləri "Hürriyet" qəzetinə müsahibəsində səsləndirib, bu barədə "Hürriyet" məlumat yayıb.

Diplomat bildirib ki, Rusiya Türkiyə tərəfinin irəli sürdüyü ideyaları yüksək qiymətləndirir. Onun sözlərinə görə, iki ölkə Qara dənizdə əsas oyunçu olduğu üçün türk tərəfi ilə razılığa gəlməyə və gəmiçiliyin təhlükəsiz olması üçün lazımi addımları birlikdə hazırlamağa hazırdır. Vershinin xatırladıb ki, Rusiya və Türkiyə 2022-ci ildən Qara dənizdə təhlükəsizlik məsələləri üzrə birlikdə işləyir.

Səfirin sözlərinə görə, bu əməkdaşlıq təcrübəsi yaxşı olsa da, nəticələr bəlkə də nə Rusiyanın, nə də türk dostlarının gözləntilərini tam doğrultmayıb. Lakin o, hər iki tərəfin bu işdə maksimum səmimiyyət və dürüstlüklə hərəkət etdiyini vurğulayıb.

Vershinin bildirib ki, Rusiya kommersiya və yük gəmilərinə hücum etmir. Eyni zamanda o, Ukraynaya silah və sursat daşınmasında istifadə olunan obyektləri vurmaq hüququnun olduğunu düşündüyünü açıqlayıb. Diplomat, həmçinin Avropa İttifaqının və Avropa ölkələrinin Ukraynaya verdiyi milyardlarla dollar və avroya işarə edərək, bu vəsaitin hansı məqsədlə ayrıldığını soruşub. Onun sözlərinə görə, söhbət yalnız silah və sursatdan getmir, kəşfiyyat məlumatları, peyklər və digər dəstəkdən də gedir.

Müəllif
Kamal
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30