6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

FUTBOL

Kilian Mbappe zədə alıb və İtaliyaya qarşı matçda oynamayacaq

Kilian Mbappe zədə alıb və İtaliyaya qarşı matçda oynamayacaq
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Fransa millisinin kapitanı, "Real Madrid"in hücumçusu Kilian Mbappe əzələ zədəsi səbəbindən Millətlər Liqasının beşinci turunda İtaliya ilə keçiriləcək matçı buraxacaq.

"PostMedia" "Le Parisien" və "L'Equipe"ə istinadən xəbər verir ki, Mbappe bu oyunda iştirak etməyəcək.

Milli komandanın mənbələrinin verdiyi məlumata görə, Mbappe noyabrın 11-də, çərşənbə günü səhər Klerfonten bazasında əsas heyətlə məşq keçə bilməyib. Futbolçu bud arxası vətərinin zədəsi ilə bağlı bərpa prosedurlarından keçib.

"L'Equipe"nin yazdığına görə, hücumçu noyabrın 12-də keçiriləcək Millətlər Liqası matçında İtaliya milli komandasına qarşı, ehtimal ki, oynamayacaq. Mbappenin noyabrın 15-də Türkiyə komandasına qarşı altıncı turda keçiriləcək matçda iştirakı isə hələ şübhə altındadır.

Mbappe ilə yanaşı, yaxın oyunlarda "Yuventus"un müdafiəçisi Pyer Kalulu, "İnter"in hücumçusu Markus Türam və "Real Madrid"in yarımmüdafiəçisi Orelyen Çuaməni də meydana çıxmayacaq.

Dörd turdan sonra Fransa millisi A Liqasının 1-ci divizionunda 1-ci qrupda on xalla birinci yerdədir. Bu turnirdə Mbappe bir oyun keçirib və bir qol vurub.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30