6°C Bakı
1$ = 1.70₼
MƏDƏNİYYƏT

Mehriban Əliyeva Çexovun "Qağayı" tamaşasının təqdimatında iştirak edib

29-oktyabr-2026, 23:32
Mehriban Əliyeva Çexovun "Qağayı" tamaşasının təqdimatında iştirak edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Sankt-Peterburqdakı Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Çexovun "Qağayı" pyesi əsasında hazırladığı eyniadlı tamaşanı Bakıda nümayiş etdirib.

"PostMedia" xəbər verir ki, tamaşa Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim olunub. Birinci vitse-prezident Mehriban Əliyeva, qızı Leyla Əliyeva və Alyona Əliyeva da tamaşaya baxıblar.

Tamaşaya Rusiyanın nüfuzlu teatr mükafatlarının, o cümlədən "Qızıl maska"nın laureatı Lev Dodin quruluş verib. "Qağayı" klassik pyesin ən məşhur səhnə nümunələrindən biri sayılır. Tamaşanın quruluşçu rəssamı və geyim üzrə rəssamı Aleksandr Borovskidir.

Səhnə əsərində Rusiyanın Xalq artisti Sergey Kurışev, Əməkdar artistlər Yelizaveta Boyarskaya, İqor Çerneviç və digər aktyorlar çıxış ediblər.

Noyabrın 8-dək davam edəcək Bakı Beynəlxalq İncəsənət Festivalı ikinci dəfədir keçirilir. Festival Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunur. BIAF-2026-nın proqramına konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, incəsənət xadimləri ilə görüşlər və ustad dərsləri daxil olmaqla 20-dən çox tədbir salınıb.

Festivalda Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçilər və yaradıcı kollektivlər iştirak edirlər.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031