Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Qazaxıstanın nazirləri Sauranbayev və Qırıqbayevlə görüşüb.
"PostMedia" xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulqadir Uraloğlu Türkiyə ilə Qazaxıstan arasında nəqliyyat və logistika əməkdaşlığını inkişaf etdirməklə Orta Dəhlizin yaratdığı imkanlardan daha səmərəli istifadə etməyi hədəflədiklərini bildirib.