Rusiya Azərbaycan və İranla qazın svop yolu ilə tədarükü məsələsini müzakirə edir.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyov jurnalistlərə açıqlamasında məlumat verib.
Nazirdən Azərbaycanın Türkiyəyə qaz tədarük etdiyini nəzərə alaraq, Azərbaycanla qaz svoplarının müzakirə olunub-olunmadığı soruşulub. Tsivilyov cavabında məsələnin hazırda müzakirə mərhələsində olduğunu bildirib.
"Bu məsələ hazırda müzakirə olunur. Biz bütün ölkələrin əməkdaşlığının tərəfdarıyıq. Bilirsiniz ki, İrana boru kəməri Azərbaycandan keçir. Üç ölkənin energetika nazirlərinin görüşü olub. Razılaşmışıq ki, bu məsələni bütün ölkələrin qarşılıqlı xeyrinə və maraqlarını nəzərə almaqla birlikdə həll etməyə hazırıq", — deyə Tsivilyov bildirib.
Nazirin sözlərinə görə, bütün qərarlar qəbul edilib və üç ölkənin rəhbərləri nazirliklər qarşısında həll yolu tapmaq vəzifəsi qoyub.
"Qərarların hamısı qəbul olunub. Hamımız tərəfdarıq, ölkələrimizin rəhbərləri qarşımıza belə vəzifə qoyub və biz həll yolu tapmalıyıq. Müəyyən texniki məqamlar var, onlar çox asan deyil, amma həll etməyə çalışacağıq. Bununla artıq şirkətlər məşğul olur, rusiyalı tərəfdən "Qazprom"", — deyə nazir əlavə edib.