ABŞ Prezidenti Donald Tramp oktyabrın 24-də Nobel Sülh Mükafatının ona deyil, başqa bir şəxsə verilməsindən sonra Norveçi kəskin tənqid edərək bu ölkəni "tualet ölkə" adlandırıb.
"PostMedia" xəbər verir ki,bunu Tramp Miçiqanda keçirilən seçki mitinqində bildirib.
"Açığını desəm, Norveç zibildir. Norveç əslində tualet ölkəyə çevrilib".
ABŞ prezidentinin narazılığına Nobel Komitəsinin mükafatı BMT-nin insan hüquqları üzrə keçmiş ali komissarı Navi Pillayə verməsi səbəb olub. Tramp əvvəllər bu mükafata iddialı olduğunu bildirsə də, laureatlar arasında yer almayıb.
Ağ Evin rəhbəri oktyabrın 10-da Norveçi ona Nobel Sülh Mükafatı vermədiyinə görə bağışlamayacağını bəyan etmişdi.
Trampın sözlərinə görə, ABŞ həllinə nail olduğu hər bir münaqişəyə görə bir mükafat olmaqla, ümumilikdə səkkiz Nobel Sülh Mükafatı almalı idi. O, Nobel Komitəsinin qərarını Norveçin üzərində heç vaxt silinməyəcək ləkə adlandırıb.