6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ÖLÜM

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 9 hərbçi həlak olub

24-sentyabr-2026, 14:29
Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 9 hərbçi həlak olub
Yazı Ölçüsü:

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı havanın kəskin pisləşməsi və güclü külək nəticəsində Xəzər dənizində doqquz hərbçi həlak olub.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“24 sentyabrda Manqistau vilayətində Silahlı Qüvvələrin Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı Xəzər dənizinin sahilyanı ərazisində döyüş hazırlığı tapşırığını yerinə yetirərkən hava şəraitinin kəskin pisləşməsi və güclü külək səbəbindən hərbçilər dənizə düşüblər. İlkin məlumatlara görə, 19 hərbçinin boğulma təhlükəsi ilə üzləşdiyi müəyyən edilib. Hazırda onlardan doqquzunun ölümü təsdiqlənib”, – məlumatda deyilir.

Qeyd olunur ki, üç hərbçini xilas etmək mümkün olub. Onlardan biri xəstəxanaya yerləşdirilib. Digər hərbçilərin axtarışları davam etdirilir. Hadisə yerinə xilasetmə xidmətlərinin qüvvə və texnikası göndərilib. Əməliyyatda Hərbi Dəniz Qüvvələrinin və Fövqəladə Hallar Nazirliyinin bölmələri, aviasiya və digər aidiyyəti qurumlar iştirak edir.

“Hadisənin bütün hallarını müəyyənləşdirmək və axtarış-xilasetmə işlərini əlaqələndirmək məqsədilə general-leytenant Dauren Kossanovun rəhbərliyi ilə Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə yollanıb”, – nazirlikdən bildirilib.

Qazaxıstan Baş Prokurorluğu təlimlər zamanı hərbçilərin həlak olması faktı ilə bağlı cinayət işi açıldığını açıqlayıb.

“Xəzər Müdafiəsi-2026” təlimləri sentyabrın 24-də Manqistau vilayətində, Xəzər dənizinin sahilində keçirilib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031