6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Ermənistanın baş nazir müavini Rusiyaya səfərə gedib

Ermənistanın baş nazir müavini Rusiyaya səfərə gedib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan iki günlük işgüzar səfərlə Moskvaya yola düşüb.

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Mher Qriqoryanın Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukla işgüzar görüşü nəzərdə tutulub.

Bundan əlavə, Ermənistanın baş nazirinin müavini Avrasiya İqtisadi Komissiyası Şurasının növbəti iclasında iştirak edəcək.

Səfərin gündəliyinə dair əlavə məlumat verilməyib.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30