6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

TURİZM

Azərbaycana gələn turistlərin sayı 4%-dən çox azalıb

Azərbaycana gələn turistlərin sayı 4%-dən çox azalıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2080,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"PostMedia" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərin 26,6 %-i Rusiya Federasiyası, 19,4 %-i Türkiyə, 7,6 %-i İran, 4,9 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,8 %-i İsrail, 3,5 %-i Pakistan, 3,0 %-i Özbəkistan, 2,9 %-i Çin, 2,7 %-i Hindistan, 2,2 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,2 faiz olmaqla Almaniya və Böyük Britaniya, 1,0 %-i Belarus, 12,5 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 66,8 %-ni kişilər, 33,2 %-ini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2026-cı ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,9 % artaraq 111,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,5 % artaraq 781,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,5 % azalaraq 241,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,1 % azalaraq 946,3 min nəfər təşkil edib.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,6 %-i hava, 25,1 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Müəllif
Arifə
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30