"Facebook" və "Instagram"ın ana şirkəti "Meta" süni intellektin (AI) genişlənməsi səbəbindən 2030-cu il üçün xalis sıfır emissiya hədəfini yenidən nəzərdən keçirir.
"PostMedia" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, şirkət 2025-ci il üzrə yeni hesabatını təqdim edib.
Hesabata görə, 2025-ci ildə şirkətin xalis istixana qazı emissiyaları 45 % artıb, elektrik enerjisinin istehlakı isə 35 % yüksəlib.
Başlıqda qeyd olunduğu kimi, emissiyaların bu artımı süni intellekt sahəsindəki genişlənmə ilə bağlıdır.