Ermənistanın Baş naziri Nikol Paşinyan xalqın yeni konstitusiyanı rədd edəcəyi təqdirdə vəzifəsindən istefa verəcəyini açıqlayıb.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, Paşinyan bu sözləri yeni Konstitusiya ilə bağlı açıqlamasında səsləndirib.
Məlumata görə, Paşinyan gələn həftə yeni Konstitusiyanın ilkin layihəsinin dərc olunacağını elan edib. Onun sözlərinə görə, "Yeni Konstitusiyanın qəbul edilməsi barədə bənd proqramımızda böyük əhəmiyyət daşıyır".