6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

EKOLOGİYA

Paşinyan Azərbaycanla ekologiya sahəsində əməkdaşlıq üçün böyük potensial görür

16-oktyabr-2026, 19:58
Paşinyan Azərbaycanla ekologiya sahəsində əməkdaşlıq üçün böyük potensial görür
Yazı Ölçüsü:

Ermənistan Azərbaycanla ekologiya sahəsində əməkdaşlıq üçün böyük potensial görür.

"PostMedia" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da COP17 çərçivəsində keçirilən sammitdə bildirib.

Onun qiymətləndirməsinə görə, ətraf mühitin mühafizəsi sahəsi ölkələri birləşdirərək ortaq maraq dairələri formalaşdırır.

Paşinyan əlavə edib ki, sülh sazişinin imzalanmasından sonra Bakı ilə bu sahədə qarşılıqlı əlaqələrə yeni təkan verilə bilər.

O, Ermənistan və Azərbaycanın biomüxtəliflik məsələləri üzrə daha sıx əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031