Rusiyanın Bolqarıstanın ərazi sularının yaxınlığında ticarət gəmilərinə endirdiyi son hücum nəticəsində Ukrayna və Azərbaycan vətəndaşları zərər çəkib. Bu hadisə Moskvanın mülki insanların həyatına və Qara dənizdə dəniz təhlükəsizliyinə açıq-aşkar etinasızlığını bir daha nümayiş etdirir.
"PostMedia" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiha bildirib.
“Biz tərəfdaşlarımızı Rusiyaya təzyiqi artırmağa, sanksiyaları sərtləşdirməyə, onu məsuliyyətə cəlb etmək və gəmiçilik azadlığını qorumaq üçün qətiyyətli addımlar atmağa çağırırıq.
Qara dəniz qlobal ərzaq təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyan marşrutdur. Rusiya aclıqdan silah kimi istifadə etmək və dünyanı girov vəziyyətində saxlamaq məqsədilə bu marşruta hücum edir. Buna qətiyyətlə qarşı çıxmaq lazımdır”, — deyə Sibiha vurğulayıb.