6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Aİ Gürcüstan hakimiyyətinə əməkdaşlığın bərpası üçün ilkin şərt irəli sürüb

12-oktyabr-2026, 13:34
Aİ Gürcüstan hakimiyyətinə əməkdaşlığın bərpası üçün ilkin şərt irəli sürüb
Yazı Ölçüsü:
Biz Gürcüstan hakimiyyəti ilə əməkdaşlığı bərpa etməyi çox istəyirik, lakin bunun üçün onlar müəyyən addımlar atmalıdırlar.
"PostMedia" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos bəyan edib.
Onun sözlərinə görə, irəliyə doğru hərəkət etmək əvəzinə, Gürcüstan hakimiyyəti çoxsaylı qanunlar qəbul etməklə geriyə addımlar atır.
“Gürcüstan hakimiyyəti Avropa dəyərləri istiqamətində hərəkət etməyə başlamayana qədər onlarla əməkdaşlıq etməyəcəyik”, – deyə Aİ nümayəndəsi əlavə edib.
Marta Kos qeyd edib ki, Gürcüstan hakimiyyəti ilə əməkdaşlığın olmamasına baxmayaraq, Aİ vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələri davam etdirir və gürcü xalqına dəstək verir.
Qeyd edək ki, bu gün Lüksemburqda Aİ xarici işlər nazirlərinin şurasının iclası keçiriləcək. Görüşün gündəliyinə Gürcüstandakı vəziyyət məsələsi də daxil edilib.
Xatırladaq ki, 2024-cü il noyabrın 28-də Gürcüstan hökuməti 2028-ci ilin sonunadək Aİ-yə üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməyəcəyini bəyan edib. Bu qərardan sonra Tbilisi ilə Brüssel arasında münasibətlərdə gərginlik davam edir. Gürcüstan hakimiyyəti Avropa bürokratiyasını Avropaya inteqrasiya prosesini dayandırmaqda ittiham edir.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031