İstanbulun qərb hissəsində məktəbli qız ən azı beş şagirdi bıçaqlayıb. Yaralananların hamısı xəstəxanaya yerləşdirilib.
"PostMedia" xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib.
"Çərşənbə axşamı saat 08:40 radələrində Başakşehir rayonundakı orta məktəblərdən birində baş verən mübahisə nəticəsində beş şagird xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib".
Hadisə ilə bağlı araşdırma başlanılıb.
"Yeni Şafak"ın məlumatına görə, başqa məktəbdə təhsil alan 15 yaşlı qız bir neçə şagirdə bıçaqla xəsarət yetirib. Hücum edən qız hadisə yerində məktəbin təhlükəsizlik əməkdaşı tərəfindən saxlanılıb.
Türkiyənin məktəblərində təhlükəsizlik tədbirləri hələ aprel ayında gücləndirilmişdi. Buna səbəb Qəhrəmanmaraşda səkkizinci sinif şagirdinin məktəbdə atəş açması olub. Həmin faciə nəticəsində 9 nəfər, o cümlədən 8 şagird həyatını itirib, 13 nəfər isə yaralanıb.