6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

İran müharibə yenidən başlayacağı təqdirdə Avropaya zərbələr endirə biləcəyini açıqlayıb

İran müharibə yenidən başlayacağı təqdirdə Avropaya zərbələr endirə biləcəyini açıqlayıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
İran müharibənin yenidən başlayacağı təqdirdə cavab zərbələrinin coğrafi baxımdan məhdudlaşdırılmayacağını bəyan edib.
"PostMedia" xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Abbas Moqtədayi SNN agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlar üçün istifadə etdiyi istənilən ölkənin ərazisi Tehranın cavab zərbələrinin hədəfinə çevrilə bilər.
“İngiltərə, Almaniya və ya Bolqarıstanda yerləşən ABŞ hərbi bazası bizim üçün Bəhreyndə yerləşən Amerika hərbi bazasından fərqlənmir. Əgər Birləşmiş Ştatlar hər hansı ölkənin ərazisindən İrana qarşı əməliyyatlar aparmaq üçün istifadə edərsə, həmin ərazi İranın cavab zərbələri üçün hədəflər siyahısına daxil edilə bilər”, – deyə iranlı yüksəkvəzifəli rəsmi vurğulayıb.
Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30