6°C Bakı
1$ = 1.70₼
AQRO

Azərbaycanın diri heyvan ixracı 9 ayda 33,7 dəfə artıb

29-oktyabr-2026, 00:53
Azərbaycanın diri heyvan ixracı 9 ayda 33,7 dəfə artıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycanın diri heyvan ixracı bu ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 dəfə artaraq 12 milyon 807,79 min dollara çatıb.

"PostMedia" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, ötən ilin doqquz ayında diri heyvan ixracı cəmi 380,29 min dollar təşkil etmişdi. Beləliklə, artım 12 milyon 427,5 min dollar olub.

Eyni zamanda diri heyvan idxalı azalıb. Yanvar-sentyabrda ölkəyə 59 milyon 254,97 min dollar dəyərində diri heyvan gətirilib. Bu, illik müqayisədə 2,2 dəfə və ya 71 milyon 237,56 min dollar azdır. Ötən ilin eyni dövründə idxalın dəyəri 130 milyon 492,53 min dollar olmuşdu.

Hesabatda qeyd olunur ki, diri heyvan ixracı Azərbaycanın ümumi ixracının 0,05 faizini, idxalı isə ümumi idxalın 0,44 faizini təşkil edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031