“Ötən həftə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etdim. Biz ikitərəfli münasibətlərdəki son inkişafları, eləcə də mühüm regional və beynəlxalq məsələləri ətraflı müzakirə etdik”.
"PostMedia" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, müzakirə olunan mövzular arasında siyasi-iqtisadi əməkdaşlığın inkişafı, birgə sazişlərin icrası, İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi olub.
“Biz ümumi maraqların qorunması, regionda sülh və sabitliyin möhkəmləndirilməsi naminə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini də vurğuladıq.
Bu müzakirələr və məsləhətləşmələr gələn həftə iki ölkənin prezidentlərinin iştirakı ilə Moskvada davam etdiriləcək”, - deyə o qeyd edib.