Nyu-Yorkda bıçaqlanma nəticəsində "Bank of America"nın vitse-prezidenti öldürülüb, daha bir nəfər yaralanıb. Hadisə bazar ertəsi Tayms-skverdə baş verib.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nyu-York polisinin məlumatına görə, Erin Pyancetti aldığı bıçaq xəsarətləri nəticəsində xəstəxanada ölüb.
Onun "LinkedIn" profilindəki məlumata əsasən, Pyancetti "Bank of America"da biznes istiqamətlərinin seçimi və maraqlar toqquşması məsələləri üzrə vitse-prezident vəzifəsində çalışıb.
Bıçaqla silahlanmış şübhəli şəxs də ölüb. Hadisənin digər təfərrüatları və hücumun səbəbləri araşdırılır.