6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Şou

Albaniya Baş naziri Kanye Vestin konserti üçün 4 milyon avro ayrılmasını əsaslandırıb

09-iyul-2026, 01:05
Albaniya Baş naziri Kanye Vestin konserti üçün 4 milyon avro ayrılmasını əsaslandırıb
Yazı Ölçüsü:
Albaniyanın Baş naziri Edi Rama bildirib ki, amerikalı reper Kanye Vestin (Ye) konserti üçün 4 milyon avro ayrılması qərarı ölkənin beynəlxalq nüfuzuna zərər dəyməsinin qarşısını almaq və artıq bilet almış minlərlə xarici qonağı məyus etməmək məqsədilə qəbul edilib.
"PostMedia" xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Konsertin 11 iyulda Tirana yaxınlığında keçirilməsi planlaşdırılır. Tədbir üçün xüsusi müvəqqəti stadion inşa edilib.
Edi Rama sosial şəbəkədə yazıb:
“Son anda 4 milyon avro ayırdıq ki, artıq 80 ölkədən gələn təxminən 25 min xarici qonağın qarşısında Albaniyanı çətin vəziyyətdə qoymayaq. Onlar artıq Kanye Uestin konsertinə bilet almışdılar, halbuki bir çoxları tədbirin ləğv olunacağından narahat idi”.
Baş nazirin sözlərinə görə, konsert ölkə iqtisadiyyatına ən azı 100 milyon avro gəlir gətirə bilər. Bu gəlirin əsas hissəsinin tədbir günlərində otel və digər yerləşdirmə obyektlərinə sifarişlərin artması hesabına əldə ediləcəyi gözlənilir.
Hakimiyyətin bu qərarı ölkədə ciddi tənqidlərə səbəb olub. Kanye Uest (Ye) daha əvvəl Adolf Hitleri tərifləyən açıqlamaları və nasist simvolları ilə bağlı paylaşımlarına görə Avropanın bir sıra ölkələrində konsert məhdudiyyətləri ilə üzləşmişdi. O, sonradan bəzi açıqlamalarına görə üzr istəmişdi.
Tənqidçilər Albaniya hökumətini mübahisəli reputasiyaya malik bir ifaçının konsertini dövlət vəsaiti ilə maliyyələşdirməkdə ittiham ediblər. Sosial şəbəkə istifadəçilərindən biri yazıb:
“Albaniya Hitlerə heyranlığını ifadə etmiş bir müğənnini qəbul etməklə özünü rüsvay edir”.
Konsert ətrafındakı mübahisələr Tirana şəhərində hökumət əleyhinə davam edən etiraz aksiyaları fonunda baş verir. Etirazlar bir aydan çox əvvəl Cared Kuşnerlə əlaqəli elit kurort layihəsinə qarşı başlamış, daha sonra sahilyanı və mühafizə olunan ərazilərdə həyata keçirilməsi planlaşdırılan digər tikinti layihələrinə qarşı genişlənmişdi.
Etirazçılar, həmçinin, Baş nazir Edi Ramanın istefasını tələb edir və onun hökumətini korrupsiyada ittiham edirlər. Baş nazir isə bu ittihamları rədd edir.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031