6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SAĞLAMLIQ

ÜST: Rusiyadan taun əleyhinə institutda baş verən insidentlə bağlı xəbər gözləyirik

06-oktyabr-2026, 15:46
ÜST: Rusiyadan taun əleyhinə institutda baş verən insidentlə bağlı xəbər gözləyirik
Yazı Ölçüsü:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə axşamı bildirib ki, Rusiya hakimiyyəti Sibirdə və Uzaq Şərqdə yerləşən İrkutsk Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutunda naməlum xəstəlikdən ölən əməkdaşla təmasda olmuş bütün şəxsləri müəyyənləşdirib.

"PostMedia" xəbər verir ki, ÜST həmçinin Rusiyadan baş verən hadisə ilə bağlı əlavə məlumat istəyib.

"Əlimizdə olan məlumatlara görə, pasiyentlə təmasda olmuş bütün şəxslər müəyyən edilib və tibbi nəzarət altındadır. Hazırda onların heç birində xəstəlik əlamətləri müşahidə olunmayıb", — ÜST nümayəndəsi Kristian Lindmayer bildirib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti institut əməkdaşının ölümünə səbəbin ağciyər taunu olub-olmadığını müəyyənləşdirməyə çalışır. Lakin Rusiya tərəfi ÜST-nin sorğusuna hələ rəsmi cavab verməyib.

Bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Rusiyaya İrkutskdakı insidentlə bağlı yardım göstərməyə hazır olduğunu bildirib və hadisəni ciddi problem adlandırıb.

"Biz kömək edəcəyik. Kimsə belə bir problemlə üzləşərsə, biz həmişə yardım əli uzatmağa hazırıq", — Tramp deyib.

Kremlin mətbuat katibi Dmitri Peskov bu təklifi alqışlayıb.

"Qarşılıqlı dəstək təklif edilməsi həmişə yaxşı haldır", — o, çərşənbə axşamı jurnalistlərə bildirib və məlumat əldə etmək üçün "Rospotrebnadzor"un açıqlamalarına əsaslanmağa çağırıb.

"Rospotrebnadzorun işinə uyğun olaraq əlavə məlumat veriləcək", — Peskov qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031