6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Bu il Romadakı Trevi fəvvarəsindən 1,6 milyon avro çıxarılıb

Bu il Romadakı Trevi fəvvarəsindən 1,6 milyon avro çıxarılıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
İtaliyanın paytaxtı Romada yerləşən məşhur Trevi fəvvarəsinə turistlərin atdığı sikkələrdən əldə olunan gəlir bu il nəzərəçarpacaq dərəcədə azalıb. Buna fəvvarəyə yaxınlaşmaq üçün tətbiq edilən iki avroluq giriş haqqının səbəb olduğu ehtimal edilir.
"PostMedia" "Bild" nəşrinə istinadən xəbər verir ki, turistlər uzun illərdir Romaya yenidən qayıtmaq arzusu ilə Trevi fəvvarəsinə sikkələr atırlar. Lakin bu il fəvvarədən toplanan vəsaitin məbləği əvvəlki illə müqayisədə azalıb.
2025-ci ildə Romanın mərkəzində yerləşən 26 metr hündürlüyündəki fəvvarədən ümumilikdə 1,86 milyon avro dəyərində sikkə çıxarılıb. Toplanan vəsait artıq altı ildir ki, “Caritas Roma” xeyriyyə təşkilatı tərəfindən aztəminatlı insanlara yardım göstərilməsinə və müxtəlif sosial layihələrin maliyyələşdirilməsinə yönəldilir.
"The Guardian" qəzetinin məlumatına əsasən, bu il fəvvarədən əldə edilən gəlir təxminən 238 min avro azalıb. Azalmanın səbəblərindən biri 2026-cı ilin fevralından tətbiq olunan giriş haqqı ola bilər.
“Caritas Roma” təşkilatının direktoru "Custino Trinça Il Messaggero" qəzetinə açıqlamasında bildirib ki, fəvvarəyə birbaşa yaxınlaşmaq imkanının məhdudlaşdırılması gəlirlərin azalmasına təsir edən amillərdən biri ola bilər.
Qeyd olunur ki, giriş haqqının tətbiqi fəvvarəyə turist axınının həddindən artıq çox olması ilə əlaqədardır. Hər il bu tarixi abidəni dörd milyondan artıq turist ziyarət edir. Nəticədə ərazidə sıxlıq yaranır, sikkələrin oğurlanması, ətraf mühitin çirkləndirilməsi və abidəyə ziyan vurulması halları qeydə alınır.
Giriş haqqından əldə olunan gəlirlərin Trevi fəvvarəsinin və digər tarixi görməli yerlərin qorunmasına sərf edilməsi nəzərdə tutulur. Şəhər şurasının məlumatına görə, yeni qaydanın tətbiq edildiyi ilk ayda 435 min avrodan çox vəsait toplanıb. Bu məbləğ turistlərin əvvəllər fəvvarəyə ata biləcəyi vəsait hesab olunur.
Bununla belə, “Caritas Roma” təşkilatı gəlirlərin azalması ilə bağlı əlavə şərh vermək istəmir. Təşkilatın nümayəndəsi "The Guardian"a bildirib ki, builki hesablamalara hələlik xarici ölkələrin sikkələri daxil edilməyib.
“Ola bilsin ki, azalma göründüyü qədər ciddi deyil”, – deyə nümayəndə qeyd edib.
Xatırladaq ki, Trevi fəvvarəsi Romanın Poli sarayının qarşısında yerləşən monumental memarlıq abidəsidir. 1732–1762-ci illərdə Papa XII Klimentin dövründə inşa edilən fəvvarə barokko memarlığının şah əsərlərindən biri hesab olunur.
Müəllif
Arifə
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30