6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Paşinyan hökumətdə kadr islahatı aparıb

Paşinyan hökumətdə kadr islahatı aparıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Ermənistanın Baş naziri Nikol Paşinyan iki vəzifəli şəxsin işdən azad edilməsi ilə bağlı qərarlar imzalayıb.
"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, qərarlardan birinə əsasən, Gevorq Mantaşyan yüksək texnologiyalar sənayesi və süni intellekt nazirinin müavini vəzifəsindən azad edilib.
“Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Gevorq Mantaşyan yüksək texnologiyalar sənayesi və süni intellekt nazirinin müavini vəzifəsindən azad edilsin”, – deyə qərarda bildirilir.
Baş nazirin digər qərarı ilə Kotayk vilayəti qubernatorunun müavini vəzifəsini müvəqqəti icra edən Hayk Mkrtçyan da tutduğu vəzifədən azad edilib.
“Dövlət qulluğu haqqında” qanunun 6-cı maddəsinin 3.1-ci hissəsini və 9-cu maddəsinin 9-cu hissəsini rəhbər tutaraq, Ermənistan Respublikasının Kotayk vilayəti qubernatorunun müavini vəzifəsini müvəqqəti icra edən Hayk Mkrtçyan 30 noyabr 2026-cı il tarixindən tutduğu vəzifədən azad edilsin”, – deyə qərarda qeyd olunub.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30