6°C Bakı
1$ = 1.70₼
TURİZM

Rusiyalı turistlərin Azərbaycana səfərləri 49% artıb

Rusiyalı turistlərin Azərbaycana səfərləri 49% artıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Rusiyalı turistlərin Azərbaycana səfərlərinə maraq avqust ayında əhəmiyyətli dərəcədə artıb.
“PostMedia” xəbər verir ki, “İnqosstrax” və “Ostrovok”un birgə araşdırmasına əsasən, avqustda Azərbaycanda hotel və mənzil bronlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 49% artıb.
Məlumata görə, Azərbaycan rusiyalı turistlərin avqustda ən çox üstünlük verdiyi xarici istiqamətlər arasında ilk onluqda yer alıb. Siyahıya Belarus, Abxaziya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Ermənistan, İtaliya, Özbəkistan, Çin və Yaponiya da daxildir.
Ümumilikdə, avqust ayında rusiyalıların xarici səfərlərinə tələbat 12% artıb. Xarici istiqamətlərin ümumi səyahətlərdə payı isə 24%-ə yüksəlib.
Müəllif
Nigar
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30