6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
ABŞ Maliyyə Nazirliyi İranın 20-dən çox valyutadəyişmə məntəqəsinə, şirkətinə və fiziki şəxsinə qarşı yeni sanksiyalar tətbiq edib.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi açıqlamasında məlumat verilib.
Bildirilib ki, genişmiqyaslı məhdudlaşdırıcı tədbirlər İranın qlobal kölgə bank şəbəkələrinin fəaliyyətini pozmağa yönəlib.
“İran iqtisadiyyatının sərt sanksiyalardan zərər çəkdiyi, neft satışından əldə olunan gəlirlərin isə azalmağa davam etdiyi bir şəraitdə rejimin kölgə bank sisteminin fəaliyyətini təmin edən vasitəçilər ixrac gəlirlərini ölkəyə qaytarmaqda getdikcə daha çox çətinlik çəkirlər.
Eyni zamanda, həmin vasitəçilər əslində İran xalqına məxsus olan dövlət vəsaitlərini mənimsəyərək varlanırlar”, – deyə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında vurğulanıb.
Müəllif
Kamal
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30