6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Rusiya mətbuatı Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə əhalinin həyat səviyyəsinin aşağı düşəcəyini proqnozlaşdırıb

25-avqust-2026, 11:35
Rusiya mətbuatı Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə əhalinin həyat səviyyəsinin aşağı düşəcəyini proqnozlaşdırıb
Yazı Ölçüsü:

Ermənistan Avropa İttifaqına üzvlük üçün müraciət prosesinə tezliklə başlamaq niyyətini açıqlayıb. Lakin Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə ölkə belə bir istiqamət dəyişikliyinin qiymətinin həddindən artıq yüksək olması ilə üzləşə bilər.

"PostMedia" xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

“Avropa İttifaqına üzvlük və onunla tamhüquqlu ticarət əlaqələrinin qurulması illər, hətta onilliklər tələb edəcək. Bütün bu müddət ərzində çiçək və kənd təsərrüfatı məhsullarının ixracının səviyyəsi son dərəcə aşağı olacaq. Əvvəlki kimi Avropa İttifaqının əsas diqqəti Ukraynaya yönələcək və ona, o cümlədən ticarət sahəsində ilk növbədə dəstək göstəriləcək, Ermənistana isə verilən vədlərə baxmayaraq, qalıq prinsipi əsasında yardım ediləcək.

Özünün pisləşən iqtisadi vəziyyəti fonunda Aİ-nin imkanları da məhdud deyil. Halbuki Ermənistanla yanaşı, daha doqquz ölkə Aİ-yə üzvlük üçün namizəd statusuna malikdir. Məsələn, Türkiyə 1987-ci ildən bəri növbəsini gözləyir.

Paşinyanın qərbyönümlü hökumətinin əldə edəcəyi siyasi dividendlər və baş nazirə göstəriləcək şəxsi dəstək ölkə əhalisinin həyat səviyyəsinin aşağı düşməsi hesabına başa gələcək”, – deyə “İzvestiya” yazır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930