Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu əsgər Kərimov Rəhman Rauf oğlu uzun sürən ağır xəstəlikdən müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq vəfat edib.
"PostMedia" xəbər verir ki, bu barədə qurumun mətbuat mərkəzi məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!