İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hüquqşünası Nigar Hafizqızı vəfat edib.
"PostMedia" xəbər verir ki, bu barədə Mərkəzin rəsmi sosial media hesablarında məlumat yayıb.
Məlumatda deyilir:
“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hüquqşünası Nigar Hafizqızının vaxtsız vəfatı Mərkəzin kollektivini dərindən sarsıdıb. Mərkəzin icraçı direktoru Vüsal Qasımlı və bütün kollektiv adından mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu ağır itkinin kədərini bölüşür, onlara səbir və dözüm arzulayırıq”.
Xatırladaq ki, N.Hafizqızı 12 aprel 1998-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub.