6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

"İpək Yolu Sığorta"nınn lisenziyası məhdudlaşdırılıb

"İpək Yolu Sığorta"nınn lisenziyası məhdudlaşdırılıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Mərkəzi Bank "İpək Yolu Sığorta" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsini 11 noyabr 2026-cı ildə 24 sığorta növü üzrə icazələrin ləğvi yolu ilə məhdudlaşdırıb.

"PostMedia" xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məhdudlaşdırma könüllü qaydada, cəmiyyətin müraciətinə əsasən həyata keçirilib. "İpək Yolu Sığorta" ASC biznes fəaliyyəti və strateji hədəflərini nəzərə alaraq Mərkəzi Banka müraciət edib.

Ləğv edilən icazələrə könüllü tibbi sığorta, səyahətin kompleks sığortası, fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası, fərdi qəza sığortası, yüklərin sığortası və digər növlər daxildir. Bundan başqa, auditorların peşə məsuliyyətinin, daşınmaz əmlakın, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin və sərnişinlərin fərdi qəzasının icbari sığortası üzrə icazələr də ləğv olunub.

"Sığorta fəaliyyəti haqqında" Qanunun 105.3-cü maddəsinə əsasən, lisenziyanın qüvvəsinin məhdudlaşdırılması sığortaçıya müvafiq sığorta növü üzrə yeni müqavilə bağlamağı qadağan edir. Eyni zamanda, həmin növ üzrə qüvvədə olan müqavilələrin müddətini uzatmaq da mümkün olmur.

Gələcəkdə səhmdarların biznes fəaliyyəti və strateji hədəfləri ilə əlaqədar olaraq cəmiyyətin sığorta fəaliyyəti istiqamətində dəyişiklik zərurəti yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq Mərkəzi Banka müraciət ediləcək.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30