6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

2027-ci ildə "Yüksəliş" müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrılıb

2027-ci ildə "Yüksəliş" müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrılıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Gənclər və İdman Nazirliyinə 1 000 000 manat ayrılıb.

"PostMedia" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Vəsait 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ayrılır. Sərəncam 16 noyabr 2026-cı il tarixdə imzalanıb.

Maliyyə Nazirliyinə ayrılan vəsaitin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

Sərəncamdan irəli gələn məsələləri isə "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında Prezidentin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi həll edəcək.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30