Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.
"PostMedia" "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, özünə məxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur.
İstintaq prokurorluq tərəfindən aparılır. Bəxtiyar Daliyə Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda o, Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün sözlərinə görə, hərbi mühəndis olub.