6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Dövlət Ehtiyatları Agentliyinin tabeliyində büdcə təşkilatı yaradılıb

Dövlət Ehtiyatları Agentliyinin tabeliyində büdcə təşkilatı yaradılıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin tabeliyində "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi" büdcə təşkilatı yaradılıb.

"PostMedia" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb. Fərman Prezidentin 2026-cı il 25 iyun tarixli 700 nömrəli "Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında" Fərmanının icrası ilə əlaqədar qəbul olunub.

Sənədlə Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib. Agentliyin Aparatının işçilərinin say həddi 66, regional bölmələrinin işçilərinin say həddi isə 9 ştat vahidi müəyyən olunub.

Yaradılan Mərkəz Agentlik tərəfindən formalaşdırılan dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirəcək. Mərkəzin işçilərinin say həddi 200 ştat vahidi təyin edilib.

Fərmana əsasən, Nazirlər Kabineti Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını, Kollegiya üzvlərinin sayını və tərkibini, həmçinin Mərkəzin işçilərinin əməkhaqqı məbləğlərini və əməyin ödənilməsi sistemini müəyyən edib Prezidentə məlumat verməlidir. Nazirlər Kabineti ayrıca dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin cari fəaliyyəti üçün zəruri olan aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsini təmin etməlidir.

Agentlik Mərkəzin əsasnaməsini və strukturunu bir ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir.

Maliyyə Nazirliyinə Agentliyin və Mərkəzin fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutmaq tapşırılıb. Mərkəzin 2026-cı ildəki maliyyələşdirilməsi 2025-ci il 29 dekabr tarixli 564 nömrəli Fərmanda nəzərdə tutulmuş vəsait hesabına təmin olunacaq. Nazirlik həmçinin yeni büdcə təşkilatının strukturunun və əməkhaqqı sisteminin maliyyə ekspertizasını aparmalı və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.

Eyni zamanda, Prezidentin 2022-ci il 10 fevral tarixli 1594 nömrəli "Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanının 1-ci və 2-ci hissələri ləğv edilib.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30